Xabarovsk diyarının qubernatoru Mixail Deqtyarev general-polkovnik Gennadi Jidkonun ölümünü açıqlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Gennadi Jidko ötən ilin may-iyul aylarında Ukraynaya qarşı cəbhədə rus qoşunlarına komandanlıq edib.
Qeyd edək ki, Jidkonun 57 yaşı var idi, bundan əvvəl bir müddət ağır xəstə yatmışdı.
O, vaxtilə Rusiyanın Suriyadakı əməliyyatında da iştirak edib. Orada rus qoşunlarının qruplaşmasının qərargahına rəhbərlik edib. O, Rusiya müdafiə nazirinin müavini vəzifəsində də çalışıb, iki dəfə Şərq Hərbi Dairəsinin komandanı olub.
Xatırladaq ki, keçən ilin mayında Suriya təcrübəsi olan başqa bir general Aleksandr Dvornikovun yerinə Jidkonun Ukrayna ilə müharibədə rus qrupunun komandanlığına təyin olunduğu barədə məlumatlar yayılmışdı. Amma bu məlumatların heç bir rəsmi təsdiqi yox idi, çünki Moskva genişmiqyaslı işğalın əvvəlində komandirlərinin adlarını açıqlamadı.
Yeri gəlmişkən, general Jidko Ukrayna, ABŞ, Avropa İttifaqı ölkələri və bir sıra digər ölkələrin sanksiyaları altında idi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB