ABŞ münasibətlərin yaxşılaşdırılmasına dair qeyri-rəsmi dialoq çərçivəsində İranı Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə istifadə olunan pilotsuz təyyarələrin satışını kəsməyi inandırmağa çalışır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” qəzeti Vaşinqton və Tehran arasında bu il Qətər və Omanda baş tutan dolayı danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən yazır.
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, İran guya Rusiyadan müharibədə pilotsuz təyyarələrdən istifadəni dayandırmağı xahiş edib, lakin ABŞ daha konkret addımlar axtarır.
“The Financial Times” qeyd edir ki, Vaşinqton insan haqlarına toxunan sanksiyalar istisna olmaqla, İrana qarşı yeni sanksiyalar tətbiq etməyəcəyinə, həmçinin İran nefti ilə bağlı məhdudiyyətləri o qədər də sərt şəkildə tətbiq etməyəcəyinə söz verib.
Təbii ki, bunlar öz yerində, amma ABŞ Tehrandan uranın 60 faizdən yuxarı zənginləşdirilməsini dayandıracağını gözləyir.
Yeri gəlmişkən, İran rəsmisinin sözlərinə görə, İran İslam Respublikasına qarşı sanksiya təzyiqlərini yumşaltmaq üçün Avropa ölkələrini inandırmaq üçün ABŞ-a ümid edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB