ABŞ Aşot üçün "xüsusi" sanksiya tətbiq etdi

ABŞ Aşot üçün "xüsusi" sanksiya tətbiq etdi

ABŞ Rusiya Federasiyası, Qazaxıstan və Slovakiya şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib. Buna səbəb KXDR ilə “əlaqələr” olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə Nazirliyi bildirir.

Qeyd edək ki, Qazaxıstanda qeydiyyatdan keçmiş 3 Rusiya şirkəti “qara siyahı”ya salınıb. ABŞ Departamentinin məlumatına görə, onların bir nəfərə - Slovakiya vətəndaşı Aşot Mkrtıçevə aid olduğu iddia edilir.

Gərək ki, erməninin Rusiya üçün silah alveri etdiyi barədə bir müddət bundan deyinlənlərlə bağlı eşitməmiş olmazsınız. Bax, həmən erməni Aşot imiş. Doğrudur, Aşot hələ mart ayında sanksiyalar siyahısında idi. Ona qarşı sanksiyanın tətbiq edilməsinin səbəbi onun Şimali Koreya rəsmiləri ilə müxtəlif növ silah və sursatların tədarükündə əməkdaşlıq etməsi olub.

Adətən, ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edildikdən sonra aktivlər ABŞ yurisdiksiyasında bloklanır.

…Təbii ki, Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiyaya qarşı sanksiya təzyiqləri güclənib.

Moskva dəfələrlə, Rusiya iqtisadiyyatının bu zərbəyə ləyaqətlə dözdüyünü və bütün məhdudiyyətlərin öhdəsindən gəlməkdə davam etdiyini bildirib.

Amma…

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə