Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi ölkənin informasiya texnologiyaları sənayesində kadr çatışmazlığını 500-700 min nəfər səviyyəsində qiymətləndirir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu rəqəmsal inkişaf, telekommunikasiya və kütləvi informasiya vasitələri naziri Maksut Şadayev prezidentin hökumət üzvləri ilə görüşündə deyib.
"Biz inkişaf etdirici çatışmazlığını təxminən 500-700 min nəfər hesab edirik ki, bu da sənayenin yüksək inkişaf tempini saxlamaq üçün lazımdır", - nazir bildirib.
Şadayevin sözlərinə görə, kadrlara ehtiyac hələ də var. Baxmayaraq ki, sənayenin kadr bazası da artır.
Son bir ildə informasiya texnologiyaları şirkətlərində çalışan işçilərin sayının 13 faiz artdığını deyən nazirin sözlərinə görə, Rusiyada ümumilikdə 740 minə yaxın insanın informasiya texnologiyaları sənayesində çalışdığını da əlavə edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB