Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi “Vaqner” PMC-nin tərkibində Ukraynada döyüşmüş yerli sakini saxlayıb. O, cəbhəyə cəzasını çəkdiyi Rusiya həbsxanasından götürülüb. İyul ayında vətənə qayıdıb və saxlanılıb. Xarici dövlətin tərəfində hərbi əməliyyatlarda iştirak etdiyinə görə onu 10 ilədək həbs cəzası gözləyir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, saxlanılan şəxsin həyat yoldaşı ərinin 2022-ci ilin əvvəlində işləmək üçün Rusiyaya getdiyini deyib.
...Orada narkotik alverində şübhəli bilinərək həbs edilib. Məhkəmə onu 10 il müddətinə azadlıqdan məhrum edib. 2022-ci ilin sonunda o, “Vagner” PMC ilə müqavilə bağlamağa və Ukraynaya döyüşməyə getməyə razılaşıb. İyulun 8-də o, Qırğızıstana qayıdıb və üç həftə sonra saxlanılıb.
Qeyd edək ki, bu, Ukraynada hərbi əməliyyatlarda iştirak etdiyinə görə Qırğızıstan vətəndaşının saxlanılması ilə bağlı ikinci hadisədir. May ayında Bişkek məhkəməsi Donbass separatçılarının tərəfində vuruşan qırğızıstanlıya 10 il həbs cəzası verib.
Qırğızıstan qanunları öz vətəndaşlarına başqa dövlətlərin ordusunda və hüquq-mühafizə orqanlarında xidmət etməyi və onların tərəfində döyüş əməliyyatlarında iştirak etməyi qadağan edir. Bu, əmlakı müsadirə olunmaqla 10 ilədək həbslə cəzalandırılır. Qırğızıstan səfirliyi dəfələrlə öz vətəndaşlarına Ukraynadakı müharibədə hansısa tərəfdə iştirak etməmək barədə xəbərdarlıq edib.
Yeri gəlmişkən, eyni müraciətlər oxşar qanunların tətbiq olunduğu Özbəkistan səfirliyi tərəfindən də edilib. Bundan başqa, Özbəkistan Müsəlmanları Ruhani İdarəsi özbək müsəlmanlarının xaricdə hərbi əməliyyatlarda iştirakını qadağan edən fətva verib. Fətvada deyilir ki, müsəlmana yalnız vətənini müdafiə etmək üçün əlinə silah götürmək icazəsi verilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB