Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov “TGRT Haber” telekanalına müsahibəsində, Rusiya taxıl müqaviləsini yalnız onun bütün tələbləri yerinə yetirildiyi təqdirdə bərpa etməyə razı olacağını bildirib.
“Bu, təkcə Ukrayna taxılının ixracını deyil, həm də Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına maneəsiz çıxışı üçün şəraitin yaradılmasını nəzərdə tutan paket sazişdir. Burada söhbət Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulmasından, kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin tədarükünün bərpasından, nəqliyyat logistikasının və sığortasının təmin edilməsindən, Rusiya şirkətlərinin xaricdəki aktivlərinə çıxışının bərpasından gedir. Bu tələblərin heç biri yerinə yetirilməyib”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunları deyən rusiyalı səfir həmçinin, Moskvanın tələblərinə 2023-cü ilin iyununda baş vermiş partlayış nəticəsində zədələnmiş Tolyatti-Odessa ammonyak boru kəmərinin istismarının bərpasının daxil olduğunu da xatırladıb.
Bundan əlavə, Yerxov Kiyevi Sevastopol, Krım körpüsü və Rusiya gəmilərinə terror hücumları təşkil etmək üçün kənd təsərrüfatı məhsulları daşıyan quru yük gəmilərinin getdiyi dəniz dəhlizindən istifadə etməkdə ittiham edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB