Bu ölkənin Avropa İttifaqının Rusiyaya qarşı 11-ci sanksiyalar paketinə qismən qoşulduğu deyilir
İsveçrə də dayanmadı?

İsveçrə hökumətinin çərşənbə günü dərc olunan kommünikesində, İsveçrə hakimiyyətinin 11-ci sanksiyalar paketi çərçivəsində Avropa İttifaqının Rusiyaya qarşı həyata keçirdiyi tədbirlərə bənzər bir sıra tədbirlər tətbiq etdiyi deyilir.

SİA-nın əldə etdiyi məlumata görə, burada söhbət “ikili təyinatlı malların və Rusiyanın hərbi-texniki güclənməsinə töhfə verə biləcək digər malların ixracına qadağa qoyulmasından” gedir.

Bundan əlavə, kimyəvi silahların elektron komponentləri və prekursorları da sanksiyalara məruz qalıb.

Digər şeylər arasında İsveçrə müəyyən mallarla bağlı əqli mülkiyyətin Rusiyaya satışını, həmçinin Rusiya ərazisindən tranziti, o cümlədən reaktiv yanacağı qadağan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə