Bu arada Belarusun hüquqi şəxslərin dövlət reyestrində “Vagner Group” adlı şirkət peyda olub. Deyilənlərə görə, qrup təhsil təşkilatı kimi qeydiyyata alınıb. Lakin onun ünvanı “Vaqner” PMC-nin muzdluları Yevgeni Priqojinin Belarusda olduğu iddia edilən yerlə üst-üstə düşür.
SİA-nın əldə etdiyi məlumata görə, “Vagner Group” Məhdud Məsuliyyətli Cəmiyyəti avqustun 4-də Mogilev vilayətinin Osipoviç rayonunun rayon icraiyyə komitəsində dövlət qeydiyyatına alınıb.
Şirkətin əsas və yeganə fəaliyyəti təhsildir. Reyestrdə bu cür fəaliyyətlər 85590 kodlanır. “Rotunda” nəşrinin yazdığöına görə, bu məcəlləyə düzəliş kursları, təkmilləşdirmə kursları, xarici dil hazırlığı, kompüter kursları, sağ qalma kursları, dini təlimlər, natiqlik və sürətli oxuma təlimləri olan təlim mərkəzləri daxildir.
Xatırldaq ki, iyunun 23-24-də “Vaqner”in üsyan cəhdindən sonra həm PMC-nin yaradıcısı Yevgeni Priqojin, həm də Belarus lideri Aleksandr Lukaşenko “Vaqner” hissələrinin Belarusa köçürüləcəyini elan etdilər.
Çoxsaylı KİV-lərin məlumatına görə, onlar üçün Osipoviç rayonunda, mövcud hərbi hissənin yanında çadır şəhərciyi qurulub.
“Belarus Gayun”un məlumatına görə, artıq ora hərbi texnikası olan muzdlulardan ibarət azı 11 kolonna gəlib. Belarus hakimiyyəti bəyan edib ki, “Vaqneritlər” hərbi kadrlar hazırlayacaqlar. Yevgeni Priqojin özü Belarusda əmlak idarəçiliyi şirkəti kimi elan edilən öz hüquqi şəxsini qeydiyyatdan keçirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB