“…Əfqanıstanda siyasi partiyaların fəaliyyəti qəti qadağandır, çünki onlar şəriət qanunlarına ziddir və xalqın mənafeyini qorumur”.
Qeyd edək ki, bunu “Taliban” hərəkatının liderlərindən biri və hazırda hökumətdə ədliyyə naziri vəzifəsini icra edən Əbdül Hakim Şəri bəyan edib.
Nazirə görə, guya “...bundan başqa, Əfqanıstan xalqının özü də bu partiyaların fəaliyyətinə ehtiyac duymur”, - deyə rəsmi əlavə edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Bəxtar Xəbər” Agentliyi məlumat yayıb.
Bu arada “Hasht-e Subh” nəşri ekspertlərə istinadən iddia edir ki, “Taliban” siyasi partiyaları sistemlərini sabitliyi pozan amillərdən biri hesab edir və buna görə də onların fəaliyyətini qadağan edir.
Və yeri gəlmişkən...
“Taliban” Əfqanıstanda hakimiyyətə həmişəlik gəlib və öz gücləri üçün heç bir təhlükə görmür.
Bunu isə “Taliban” radikal hərəkatının rəsmi nümayəndəsi Zəbihullah Mücahid Əfqanıstanda “Taliban” tərəfindən hakimiyyəti ələ keçirməsinin ikinci ildönümü ilə bağlı “Associated Press” agentliyinə verdiyi müsahibəsində deyib.
Ölkədə qızlar və qadınlara qoyulan məhdudiyyətlərlə bağlı sualları cavablandırmaqdan imtina edən Mücahid, mövcud status-kvonun davam edəcəyini söyləyib
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB