Sankt-Peterburqda polisin Sofiya tərəvəz anbarına iki günlük basqından sonra 100-dən çox adam saxlanılaraq hərbi qeydiyyata alınmaq üçün hərbi komissarlığa aparılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” və “Fontanka” xəbər verir.
Məlumata görə, reydin məqsədi miqrasiya qanunlarına əməl olunmasını yoxlamaq olsa da,..amma belə yoxlamalar zamanı polis tərəfindən insanların hərbi komissarlığa göndərilməsi də “yeni variant” adlandırılıb.
“…Fürsətdən istifadə edərək, polis rusları daha da maarifləndirmək fürsətini əldən vermir”.
Yeri gəlmişkən bunu Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi bildirib.
Ümumilikdə polis bir neçə yüz nəfərin sənədlərini yoxlayıb, onların əksəriyyəti xarici vətəndaşlar olub. Onlardan 55-nin miqrasiya qanunlarını pozaraq Rusiyada olduğu iddia edilir. Hərbi Komissarlığa göndərilən 100-ə yaxın şəxs Rusiya pasportunu yeni almış və hərbi qeydiyyatdan keçməmiş digər ölkələrin vətəndaşlarıdır.
Yeri gəlmişkən, bir neçə gün əvvəl Sankt-Peterburq sakinləri hərbi komissarlığa gəlmək tələbi ilə “SMS mesajları” aldıqları barədə məlumat verməyə başlayıblar.
Qeyd edək ki, bu gün Rusiyada hərbi xidmətə çağırış- filan yoxdur, bu, sadəcə olaraq, eksprimentdir.
Yəni, ruslar “SMS mesajları”n hansı effekt verəcəyini yoxlayırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB