Quranı yandırdığına görə tutulan Nikita Juraveli Ramzanın oğlu döyüb?

Quranı yandırdığına görə tutulan Nikita Juraveli Ramzanın oğlu döyüb?

Volqoqradda Quranı yandırdığına görə həbs edilən Nikita Juravel Qroznıdakı istintaq təcridxanasında Çeçenistan rəhbərinin 15 yaşlı oğlu Adam Kadırovun onu döydüyünü bildirib.

Belə bir şikayətin daxil olması barədə respublikanın insan hüquqları üzrə müvəkkili Mənsur Soltayev məlumat verib. O, iddia edir ki, Rusiya Ombudsmanı Tatyana Moskalkova ona vəziyyətə baxmaq barədə göstəriş verib və o, bunu təsdiqləyib.

“…Mənim adıma müvafiq müraciət daxil oldu və mən şəxsən istintaq təcridxanasına getdim... Söhbət zamanı Nikita dedi ki, Çeçenistan Respublikasının rəhbəri ilə görüş günü Ramzan Axmatoviç oranı tərk etdikdən sonra kamerada, o, Adam Kadırov tərəfindən döyülüb”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Qroznı-inform” dövlət agentliyi bunu Soltayevə istinadən yazır.

Qeyd edək ki, “Qroznı-İnform” Juravelin yazdığı iddia edilən müraciətin skrinşotunu dərc edib. Onun sözlərinə görə, Ramzan Kadırov onunla istintaq təcridxanasında İslam dinini qəbul etmək məsələsi ilə bağlı görüşüb. Juravelin yazdığına görə, Ramzan gedəndən sonra oğlu gəlib onu döyüb.

Xatırladaq ki, Juravel iyulun 20-dək həbs edilib, mayın sonunda isə Çeçenistandakı istintaq təcridxanasına aparılıb.

Onu da demək yerinə düşər ki, Respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev, Juravelin məhkəməsinin Çeçenistanda keçiriləcəyini və təqsirli bilinəcəyi təqdirdə, o cəzasını da orada çəkəcəyini bildirib.

Yeri gəlmişkən, Ramzan Kadırov hələ ki, bu olaylara münasibət bildirməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə