Malatyada tomat pastası vedrəsində tapılan sənədsiz 4 ədəd sənədsiz silah hər kəsi şoka saldı. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir nəfər şübhəli haqqında əməliyyat işləri görülür.
Polis Şöbəsinin açıqlamasında bildirilir ki, aparılan kəşfiyyat araşdırması nəticəsində şübhəlinin qərb əyalətlərindən şəhərə gələn şəhərlərarası avtobus terminalına tomat pastası vedrəsinə gizlədilmiş silahı göndərdiyi müəyyən edilib.
Əməliyyatı təşkil edən qruplar avtobusun baqajındakı tomat pastası vedrəsində gizlədilmiş 4 sənədsiz silah ələ keçirib, 1 şübhəli barəsində tədbir görüb.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB