“Müharibə gələn ilə qədər davam edəcək” - POLİTOLOQ ŞƏRH ETDİ

“Müharibə gələn ilə qədər davam edəcək” - POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiya-Ukrayna cəbhəsində müharibə şiddətli şəkildə davam edir. Ukrayna müəyyən lokal uğurlar əldə etsə də, istənilən əks-hücum nəticələri yoxdur. Çünki Qərb tərəfindən Ukraynaya F-16 təyyarələri verilməyib. Bu isə Ukraynanın Rusiyaya zərbə endirməsini çətinləşdirir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, hazırda Ukrayna qüvvələri bir neçə yaşayış məntəqələrini azad ediblər: “Lakin bu da böyük itkilər hesabına baş verir. Rusiyanın hərbi sənayesi ciddi şəkildə çalışır.

Düşünürəm ki, Qərb Ukraynaya F-16 verəcək. Ümumiyyətlə müharibənin demək olar ki, Rusiya ərazisinə keçdiyini qeyd edə bilərik. Döyüş əməliyyatları daha da intensiv xarakter alacaq. Ukrayna əsas döyüş briqadalarını cəbhəyə göndərdi. Bundan sonra Ukraynanın da irəliləyişləri nəzərəçarpacaq qədər güclənəcək. Zənnimcə, müharibə gələn ilə qədər davam edəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə