Torpaq versələr, NATO-ya üzv ola bilərlər

Torpaq versələr, NATO-ya üzv ola bilərlər

18 aydır davam edən rus işğalı cəbhədəki bütün xaosu ilə davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna qərbdən gələn silahlarla irəliləməyə çalışarkən, Rusiya ordusu tutduğu əraziləri əlində saxlamağa çalışır. Hər iki tərəf tez-tez bir-birinə qarşı bomba və təxribat hücumları həyata keçirsə də, son günlər bu hücumlarda çoxlu mülki vətəndaş həyatını itirib. Cəbhədə davam edən xaos siyasi arenada da davam edir. Ötən ay Vilnüsdə keçirilən və İsveçin birliyə qəbul olunduğu NATO sammiti də Ukrayna üçün çox kritik olub.

Zelenski hava üstünlüyü əldə etmək üçün F-16 ilə bağlı ABŞ-la kritik əlaqələr qurub. Görüşdən sonra Zelenski deyib: “Vilnüsdə Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden ilə mənalı və güclü görüş keçirdik. Biz cəbhə xəttindəki vəziyyəti, imkanlarımızı, uzunmüddətli müdafiə əməkdaşlığımızı, son hadisələr fonunda Rusiyanın daxili proseslərini ətraflı müzakirə etdik. ABŞ təcavüzə qarşı müdafiəmiz boyu Ukrayna ilə yanaşı olub”.

Lakin sonradan Washington Post qəzeti qapalı qapılar arxasında keçirilən görüşün Zelenskinin gözlədiyi kimi keçmədiyini və qəzəbləndiyini yazıb. ABŞ mətbuatında yer alan digər xəbərdə isə Ukraynanın F-16 xəyallarının 2024-cü ilin yayına qədər təxirə salındığı xatırladılıb. Kiyev isə bunun pilotların hazırlanması üçün olduğunu bildirsə də, Vaşinqton administrasiyasını uzun müddətə tənqid edib.

Bir ayın sonunda Ukraynanın NATO-ya üzvlüyü yenidən gündəmə gəlib. Əvvəlki açıqlamalarında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən NATO baş katibi Yens Stoltenberqin sağ əli dünyada gündəm olan açıqlama verib. NATO Baş Katibinin Nazirlər Kabinetinin direktoru Stian Jenssen Norveçin Arendal şəhərində iştirak etdiyi paneldə Ukraynanın ərazisinin bir hissəsini Rusiyaya verməsi müqabilində yaxın illərdə NATO üzvü ola biləcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə