İsveç və Danimarka Əl-Qaidənin hədəfindədir

İsveç və Danimarka Əl-Qaidənin hədəfindədir

Bu yaxınlarda iki ölkədə Quran yandırıldıqdan sonra “Əl-Qaidə” terror təşkilatı rəsmi media kanalı olan “Əs-Səhab” vasitəsilə Danimarka və İsveçə təhdidlər yayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bəyanatda İsveç və Danimarkada Quranın yandırılmasına cavab olaraq bu ölkələrə və onların xarici nümayəndəliklərinə hücumlar edilməsi çağırışı edilib. Bəyanatın davamı olaraq, “Bütün Avropa Charlie Hebdo hadisəsinin mesajını düzgün qəbul etmədi. Bu gün belə görünür ki, bu, çəkindirici vasitə kimi layiqincə cəzalandırılmayıb” sözləri qeyd edilib.

Danimarka Polis Kəşfiyyat Xidməti təhlükəni təsdiqləsə də, mövcud vəziyyəti yaxından izlədiklərini və həm yerli, həm də digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq etdiklərini açıqlayıb. Avropa Düşüncə Mərkəzinin baş analitiki Jacob Kaarsbo bildirib ki, təhdid bəyannaməsi müsəlman dünyasının əksər hissəsinin qəzəbinə səbəb olan Quran yandırma hadisələrinin nəticəsidir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə