Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye vilayətindəki hərbi hissələrə baş çəkdiyini açıqlayıb. SİA xəbər verir ki, o, bu barədə sosial media hesabında etdiyi açıqlamada bildirib.
V.Zelenski Zaporojye istiqamətində əməliyyat aparan briqadalara baş çəkdiyini, onların problem və ehtiyaclarını müzakirə etdiyini, komandirlərin müharibənin gedişi ilə bağlı hesabatlarını dinlədiyini söyləyib.
Ukrayna Prezidenti səfəri zamanı əsgərlərə mükafatlar təqdim etdiyini də vurğulayıb.
Qeyd edək ki, V.Zelenski bundan əvvəl Donetsk vilayətindəki qoşunlara da baş çəkmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB