Hindistanda torpaq sürüşməsi nəticəsində xeyli insan ölüb

Hindistanda torpaq sürüşməsi nəticəsində xeyli insan ölüb

Hindistanda baş verən təbii fəlakət çoxsaylı insan tələfatı ilə nəticələnib. Uzun sürən leysan yağışlar nəticəsində Himalay dağlarındakı yaşayış məntəqələrində sürüşmələr baş verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, 50-dən çox insan həlak olub, onlarla insan itkin düşüb. Su və palçıq axınları ağacları və bütün evləri aparıb.

Qurbanların əksəriyyəti yerli hindu məbədindən olanlardır. Belə ki, sürüşmə məbədi yuyub aparıb və onlarla insanı palçıq altında qoyub.

İndi dağıntılar altında insanları axtarırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə