Komi Respublikasının keçmiş kənd təsərrüfatı və istehlak bazarı naziri Denis Şaronov ABŞ-dan siyasi sığınacaq istəyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RTVI verib.
Şaronovun sözlərinə görə, o, Rusiyada ilkin olaraq iki dəfə cinayət məsuliyyətinə cəlb edilib, lakin hər iki dəfə məhkəmə tərəfindən bəraət alıb. Sonra o, tutduğu vəzifədən azad edilib və hətta daha sonra, 2022-ci ilin oktyabrında keçmiş məmur hərbi komissarlıqdan çağırış vərəqəsi alıb və bundan sonra ölkəni tərk etmək qərarına gəlib.
Şaronov ona davamlı təzyiqlərin səbəbi kimi respublika rəhbərliyinin “müxalifət”ə dözümsüzlüyünü və bu zəmində Komi lideri Vladimir Uyba ilə şəxsi münaqişəsini hesab edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB