Mən həmişə NATO-nun əraziləri alver etmədiyini güman etmişəm…

Mən həmişə NATO-nun əraziləri alver etmədiyini güman etmişəm…

Bu arada Ukrayna Xarici İşlər Nazirliyi müəyyən ərazilərdən imtina müqabilində Ukraynanın NATO-ya üzv olması ilə bağlı söhbəti “tamamilə qəbuledilməz” adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu şərhi Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko, NATO Baş katibinin ofisinin rəhbəri Stian Yenssenin Norveçin VG nəşrindəki bəyanatını yaydıqdan sonra deyib.

Xatırladaq ki, Jensennin fikrincə, müharibənin başa çatmasının mərhələlərindən biri Ukraynanın Şimali Atlantika Alyansına üzvlük müqabilində öz ərazisinin bir hissəsindən imtina etməsi ola bilər.

VG yazır ki, Jenssen bunu Arendaldakı debat zamanı deyib. Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq, dəfələrlə bəyan edib ki, işğala son qoymaq üçün Rusiya ilə istənilən danışıqların şərtləri Ukrayna tərəfindən formalaşdırılmalıdır.

“…Mən həmişə güman etmişəm ki, Alyans Ukrayna kimi əraziləri alver etmir. Ukraynanın öz ərazilərini tərk etməsi ehtimalı ilə bağlı nağılların formalaşmasında şüurlu və ya şüursuz NATO rəsmilərinin iştirakı Rusiyanın əlindədir”.

Bunu Nikolenko çərşənbə axşamı nəşrə cavab olaraq “Facebook”-da yazıb.

Yeri gəlmişkən, Ukrayna prezidenti Vladimir Zelenskinin 10 bəndlik sülh planında, o cümlədən, Moskva ilə istənilən danışıqların yalnız ilhaq edilmiş Krım da daxil olmaqla, Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərin qaytarılmasından və rus qoşunlarının işğal etdikləri bütün bölgələrdən çıxarılmasından sonra başlaya biləcəyi nəzərdə tutulur.

Təbii ki, Rusiya sülh planı üzrə danışıqlardan imtina edib. Moskva 2014-cü ildə ilhaq etdiyi Krımı Rusiya ərazisi hesab edir. Bundan əlavə, 2022-ci ilin oktyabrında Kreml Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini də öz ərazisinə “qataraq” Rusiya ərazisi elan etdi. Rusiya hakimiyyəti sentyabrda hələ qondarma referendum da keşirdi.

Amma Kiyev və beynəlxalq ictimaiyyət bu referendumu qeyri-legitim adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə