Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Çeçenistan və Dağıstandan olan rus ordusunun döyüşçüləri arasında atışma baş verdiyini açıqlayıb - iddia edilir ki, hər iki tərəfdən 20-dən çox adam ölüb, daha 40 nəfər yaralanıb.
Kiyevdən verilən məlumata görə, münaqişə qismən işğal olunmuş Zaporojye vilayətinin Mixaylovka kəndində baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya hələ ki, Ukrayna Silahlı Qüvvələrinin bu xəbərini şərh etməyib.
Maraqlıdır ki, ruslar Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının bu məlumatının sübut təqdim etmədən yayımladığını bildirirlər.
Kiyev isə döyüşçülərdən birinin ölümündən sonra atışmanın qumbaraatanlardan istifadə etməklə toqquşmaya çevrildiyini, bundan sonra “kadırovçu”lar bölməsinin komandirinin cəbhə bölgəsinə göndərilməklə cəzalandırıldığını iddia edir.
Dediyimiz kimi, Moskva Kiyevin atışma ilə bağlı iddialarını şərh etmir.
Xatırladaq ki, ötən ilin aprelində Ukrayna kəşfiyyatı Rusiya tərəfindən işğal olunmuş Xerson vilayətinin Kiselevka kəndində Buryatiya və Çeçenistandan olan hərbçilər arasında atışma olduğunu bildirmişdi.
Ukraynanı müdafiə edən çeçen könüllü birləşmələrindən birinin döyüşçüsü həmin ərəfədə “kadırovçu”larla Rusiya Federasiyasının digər regionlarından olan hərbçilər arasında münaqişələrin tez-tez baş verdiyini bildirmişdi.
Yeri gəlmişkən, elə həmin ərəfələrdə müxalif çeçen Teleqram kanalı olan “NIYSO”, “kadırovçu”ların Ukraynadakı müharibə zonasında kifayət qədər təchizat olmamasından şikayət etdiyi barədə video yayımlamışdı.
Səsyazmanın nə vaxt və harada aparıldığı dəqiq bilinmədiyini əsas gətirən Qroznı da bunu şərh etməmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB