Özbəkistanlı əmək miqrantları Rusiyadan gedirlər..?

Özbəkistanlı əmək miqrantları Rusiyadan gedirlər..?

Rublun əsas xarici valyutalar qarşısında zəifləməsi Rusiyada çalışan əmək miqrantlarını seçim qarşısında qoyub. Məsələ bundadır ki, Rusiyaya qazanc dalınca gələn əməkçi miqrantların üçdə birinə qədəri Rusiyanı tərk edə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Vedomosti” Moskvadakı özbək diasporunun rəhbəri Bəhrom İsmayılovun proqnozuna istinadən xəbər verir.

Özbək diasporunun 23 minə yaxın nümayəndəsinin iştirakı ilə keçirilən sorğu nəticəsində məlum olub ki, respondentlərin 50 faizi Rusiya Federasiyasını tərk etmək imkanını nəzərdən keçirir, 25 faizi Rusiyanı tərk etmək fikrində deyil, digər 25 faizi isə bu barədə qərar verə bilməyib.

Qeyd edək ki, dolların bahalaşması ilə əlaqədar Rusiya Federasiyasındakı miqrantların qazancı getdikcə onların öz evlərindəki gəlirləri ilə müqayisə edilir.

Xatırladaq ki, Moskva birjasında dolların məzənnəsi avqustun 14-də 2022-ci ilin martından bəri ilk dəfə olaraq 101 rublu ötüb, avro isə 110 rubla çatıb. Avqustun 15-də Mərkəzi Bank rublu dəstəkləmək üçün əsas uçot dərəcəsini 12 faizə qaldırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə