Bu arada Dağıstanın rəhbəri Sergey Melikov Mahaçqala ətrafında yanacaqdoldurma məntəqəsində baş vermiş dağıdıcı partlayışın ilkin şərtlərindən danışıb.
SİA bir daha xatırladır ki, partlayış nəticəsində 100-dən çox adam yaralanıb, 35 nəfər isə həlak olub.
Melikovun dediyinə görə, burada ön sırada acgözlük və xəsislik dayanır.
İnsanlar qazanc əldə etmək üçün təhlükəsizlik tədbirlərini belə unudurlar.
O, istintaq orqanlarının partlayışla bağlı cinayət işi açdığını da açıqlayıb.
...Öz növbəsində, Rusiya Federasiyasının səhiyyə nazirinin birinci müavini Viktor Fisenko 60-dan çox zərərçəkənin Mahaçqala xəstəxanalarında qaldığını, onlardan 11-nin vəziyyətinin ağır olduğunu bildirib. Ağır xəstələrin Səhiyyə Nazirliyinin federal mərkəzlərinə və Moskvaya təxliyəsi planlaşdırılır.
Xatırladaq ki, bazar ertəsi axşam Mahaçqala ətrafında yerləşən “Nafta 24” yanacaqdoldurma məntəqəsinin qarşısında partlayış olub. 35 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB