İngilislər ruslara işləyən bolqarıstanlı “şpion”lar tutublar...

İngilislər ruslara işləyən bolqarıstanlı “şpion”lar tutublar...

Böyük Britaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən üç Bolqarıstan vətəndaşı həbs edilib. Bu barədə BBC məlumat yayıb. İş Londondakı Old Bailey Mərkəzi Cinayət Məhkəməsində baxılır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ilk iclas 2024-cü ilin yanvarına planlaşdırılıb.

BBC-nin məlumatına görə, 45 yaşlı Orlin Russev, 41 yaşlı Bizer Djambazov və 31 yaşlı Katrin İvanova uzun müddət Böyük Britaniyada yaşayıblar. Onlar fevralda həbs ediliblər.

İstintaqın məlumatına görə, Bolqarıstan vətəndaşları Rusiya xüsusi xidmət orqanlarında işləyirmiş. Saxlanılan şəxslərdə Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya, Yunanıstan və Çexiya vətəndaşlarının pasportları olduğu müəyyən edilib.

BBC-nin məlumatına görə, 2009-cu ildən Böyük Britaniyada yaşayıb maliyyə xidmətləri sənayesində işləyən Orlin Russevin Rusiyada da biznesi varmış.

LinkedIn platformasındakı profilində o, siqnal ələ keçirən şirkətin sahibi olduğunu göstərir. Russev özü vaxtilə Bolqarıstanın Energetika Nazirliyində məsləhətçi işlədiyini etiraf edib.

Qeyd edək ki, Sofiyanın Londondakı səfirliyi diplomatik nümayəndəliyin Bolqarıstan vətəndaşlarının saxlanması ilə bağlı məlumatı olmadığını bildirib.

Səfir Marin Raikov, bizim səfirliyimiz və konsulluq xidmətimiz Böyük Britaniyanın hakimiyyət orqanları tərəfindən bu cür adlar daşıyan şəxslərin saxlanılması barədə məlumatlandırılmadığını bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə