ABŞ ordusu Suriyadakı bazalarına əlavə qüvvə göndərib

ABŞ ordusu Suriyadakı bazalarına əlavə qüvvə göndərib

ABŞ ordusu Suriyada separatçı terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Deyr əz-Zor vilayətindəki bazalara təxminən 50 maşından ibarət əlavə qüvvə göndərib.

Avqustun 14-də ABŞ qüvvələrinin karvanı İraq və Suriya arasındakı Əl-Valid sərhəd-keçid məntəqəsindən keçərək Həsəkəyə daxil olub.

Təxminən 50 maşından ibarət karvan Deyr əz-Zor çölündə separatçı terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdəki Koniko və əl-Ömər neft yataqlarında ABŞ qüvvələrinin bazalarına çatıb.

ABŞ-ın Bradley və pulemyota quraşdırılmış dörd təkərli maşınlar konvoyları qoruyub.

Konvoylara zirehli texnika, yanacaq tankerləri və sursatla dolu maşınların daxil olduğu bildirilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ ordusu 6, 8, 22 və 25 yanvar, 19, 20 iyun və 11 iyul tarixlərində terror təşkilatı PKK/YPG-nin Haseke çölündə zəbt etdiyi Rumeylan, Şeddadi və Tel Beyder qəsəbələrindəki baza və məntəqələrə əlavə qüvvələr göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə