5 gündür itkin düşən şəxs avtomobilində ölü tapılıb - DƏHŞƏTLİ HADİSƏ
Mersinin Mut rayonunda itkin düşdüyü barədə xəbərlə 5 gündür axtarışda olan Bilal Eynallı avtomobilində ölü tapılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mut rayonunda yaşayan 60 yaşlı Bilal Eynallı 5 gün əvvəl qəfil yoxa çıxıb.
Eynallının yaxınları itkin düşdüyünü bildirib və axtarışa çıxıblar. Onun sonuncu dəfə göründüyü yerlərdə axtarış aparılarkən, Mərkəz Dəvəçi Məhəlləsi, Kızıldağ prospekti yaxınlığında "64 KL 955" markalı avtomobilin tapıldığı xəbəri gəlib. Hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri göndərilib. İstintaq zamanı avtomobildə olan şəxsin 5 gündür itkin düşən Bilal Eynallı olduğu müəyyən edilib.
Bilal Eynallının cənazəsi Mersin Ədliyyə Tibb Qurumuna göndərilərkən, hadisə ilə bağlı istintaq davam edir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB