Nigeriyada silahlılar 13 hərbçini öldürüblər

Nigeriyada silahlılar 13 hərbçini öldürüblər

Nigeriyanın mərkəzi-qərbində yerləşən Niger əyalətində silahlılar milli təhlükəsizlik qüvvələrinin azı 13 üzvünü öldürüblər. SİA xəbər verir ki, bu barədə Nigeriyanın milli qəzeti "This Day" məlumat yayıb. Nəşrin məlumatına görə, hadisə Rafi yerli hökuməti ərazisində baş verib.

Ölənlər Niger əyalətinin Rafi və Uşişi ərazilərində son vaxtlar sakinləri terrora məruz qoyan silahlıları zərərsizləşdirmək üçün əməliyyat keçirmək üçün əraziyə gəliblər.

Əməliyyat zamanı 50-yə yaxın silahlı məhv edilib. "Agence France-Presse"in məlumatına görə, hadisə nəticəsində ölən milli təhlükəsizlik qüvvələrinin sayı 26 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə