Rusiyada hərbi təyyarə qəzası - Pilot öldü

Rusiyada hərbi təyyarə qəzası - Pilot öldü

Rusiya ordusuna məxsus L-39 hərbi təlim təyyarəsi qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Krasnodar diyarında təlim uçuşu zamanı L-39 təyyarəsi eniş zamanı qəzaya uğrayıb, ekipaj üzvlərindən biri ölüb.

“Yerdə dağıntı və tələfat yoxdur. Hadisə yerindən verilən ilkin məlumata görə, ekipaj üzvlərindən biri dünyasını dəyişib”, - açıqlamada deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə