…Rumıniyanın cənub-şərqindəki Kostinesti istirahət mərkəzinin yaxınlığında dənizdə partlayış baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Agerpre” və “Radio Rumıniya İnternational” sosial şəbəkələrdə yayıb.
Agentliyin məlumatına görə, insident avqustun 14-də yerli vaxtla saat 9:00 radələrində baş verib. Radionun məlumatına görə, partlayış Hotel Forumun yaxınlığındakı estakadanın yaxınlığında baş verib.
Bundan sonra minaların təmizlənməsi üzrə ixtisaslaşmış hərbi dalğıclar akvatoriyanı tədqiq etməyə başlayıblar.
“Stirile Pro TV” yazır ki, çimərlikdə minanın partladığı ehtimal edildiyi üçün ərazi Rumıniya Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri və polis tərəfindən mühasirəyə alınıb. Lakin maraqlıdır ki, Rumıniya Hərbi Dəniz Qüvvələri bu məlumatı təsdiqləməyib.
Dalğıclar dənizdə mərmi və ya digər partlayıcı qurğunun elementlərini axtarmağa davam edirlər. Həmçinin ekspertlər ərazidə daha bir minanın ola biləcəyini ehtimal edirlər.
“Stirile Pro TV” turistlərdən birinin həmin rayonda Manqaliya şəhəri istiqamətində sürüklənən obyekt gördüyünü söylədikdən sonra axtarışlar başlanıb. Lakin sonradan Fövqəladə Hallar Müfəttişliyi dənizdə üzən obyektin taxta parçası olduğunu üzə çıxıb.
Qeyd edək ki, partlayış nəticəsində hələ ki, xəsarət alan və ölənin olmadığı deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB