Gərək ki, bununla bağlı SİA dünən yazmışdı.
Amma bu gün insidentin bəzi qaranlıq məqamları da üzə şıxır.
Beləliklə, ötən gün ukraynalıların dediyi kimi, müvəqqəti işğal olunmuş Urzufda “kadırovçu”larla rus hərbçiləri arasında atışmaya gətirib çıxaran insident baş verib.
Atışma zamanı dinc sakinlərin yaralanması ilə yanaşı, 7 nəfər də həlak olub.
Hadisə ilə bağlı təfərrüatları Mariupol merinin müşaviri Petr Andryuşşenko telemarafonun efirində səsləndirib.
Onun sözlərinə görə, atışma gündüz və Urzufun mərkəzindəki kafelərdən birində baş verib.
Belə ki, kafeyə gələn “kadırovçu”lardan özünü nalayiq aparıb, narkotik və ya alkoqol sərxoşluğu vəziyyətində olub. Hərbi komendantlığın nümayəndələri ona yaxınlaşanda atışma ilə nəticələnən münaqişə baş verib.
“...Ən çətini odur ki, bu hələ son deyil, çünki kafedə atışma törədəni digər “kadırovçular” hərbi komendaturanın əlindən qoparılaraq Urzuf kəndindəki bazada gizlədiblər. Və hərbi komendantlıq da "kadırovçular”ı bazadan çıxarıb ölmüş yoldaşlarının qisasını almaq istəyirlər. Çox güman ki, bu, Urzufda atışmaların “partlayışı” ilə başa çatacaq”.
Qeyd edək ki, bu Petr Andryuşşenkonun etirafıdır.
Onun sözlərinə görə, bu vəziyyət işğal olunmuş ərazilərdə müharibənin reallıqlarını nümayiş etdirir.
Yeri gəlmişkən, ölənlər arasında iki yeniyetmə qız da olub. Amma etiraf olunmalıdır ki, ölənlərin sayı daha çox da ola bilərdi, çünki ölkədə gedən müharibəyə baxmayaraq, slavyan xalqları keyflərindən də qalmırlar...
Belə ki, həmən gün kafedə xeyli adam əylənərək istirahət edirmişlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB