Rusiyada mayonez bahalaşır…

Rusiyada mayonezin qiyməti avqustun 21-dən 5-12 faiz bahalaşacaq. SİA-nın əldə etdiyi məlumata görə, bunu yazan “Kommersant” nəşri restoran bazarı üçün məhsulların da bahalaşacağını bildirib.

Həmsöhbətlərdən birinin sözlərinə görə, pərakəndə satış şəbəkələri “Efko” Şirkətlər Qrupuna (Sloboda brendi) satış qiymətlərinin 10 faiz, NMGK (Ryaba, Astoriya) isə 12 faiz artımı barədə məlumat verib.

Qeyd edək ki, mayonez istehsalçıları mayonezun qiymətinin artmasını ölkədə yumurta və yağın bahalaşması ilə əlaqələndirirlər.

Yeri gəlmişkən, Rusiyada mağazalardan malların kiloqram və litrinin qiymətini göstərmək tələb oluna bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə