ABŞ Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim edib. Bu barədə bazar ertəsi ABŞ dövlət katibi Entoni Blinken bildirib. Kiyev üçün yeni yardım paketinə hava hücumundan müdafiə və artilleriya sursatları, tank əleyhinə silahlar, eləcə də minalardan təmizləmə texnikası daxildir.
SİA-nın əldə etdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyinin saytında yeni yardım paketinə daxil olan silah və sursatların xüsusi siyahısı təqdim olunub. Bunlar aşağıdakılardır:
-HIMARS raket sistemləri və Patriot hava hücumundan müdafiə sistemləri üçün əlavə sursat
-155 mm və 105 mm artilleriya mərmiləri və 120 mm tank mərmiləri
-Tank əleyhinə raketlər TOW, Javelin və s.
- Avadanlıqların çəkilməsi və daşınması üçün 37 hərbi maşın
-12 milyondan çox atıcı silah və qumbaraatan
Xatırladaq ki, iyulun sonunda elan edilən əvvəlki 400 milyon dollarlıq ABŞ hərbi yardım paketinə Patriot, NASAMS və HIMARS sistemləri üçün döyüş sursatları daxil idi. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 44 milyard dollara yaxınlaşır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB