Nazirlik Qıbrız Sülh Əməliyyatına dair məlumat paylaşıb

Bu Nazirliyin sosial media hesabında yazılıb...
Nazirlik Qıbrız Sülh Əməliyyatına dair məlumat paylaşıb

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Qıbrız (Kipr) Sülh Əməliyyatı çərçivəsində 14 avqust 1974-cü ildə başlanılan ikinci hərəkata dair məlumat paylaşıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, nazirliyin sosial media hesabında yazılır: “Qıbrız türklərinə qarşı zülmə son qoymaq üçün Türkiyə Silahlı Qüvvələri 20 iyul 1974-cü ildə Qıbrız Sülh Əməliyyatı adı ilə Kipr adasına müdaxilə etdi.

Həmin ilin 25 iyul və 12 avqust tarixlərində keçirilən I və II Cenevrə konfranslarında Yunanıstan və Rum (Cənubi Kipr) tərəflərinin barışmaz mövqeyi nəticəsində “Aişə, tətilə çıx!” parolu ilə Mehmetçik 14 avqust 1974-cü ildə 4 saylı Zəfər Əməliyyatı Planını işə saldı və II Sülh Əməliyyatı başlandı.

Türk soylu bacı-qardaşlarımız üçün Qıbrız Sülh Əməliyyatında həyatlarını verən şəhidlərimizə və əbədiyyətə qovuşmuş qazilərimizə Allahdan rəhmət, sağ qalan qəhrəmanlara can sağlığı, xoşbəxt və uzun ömür diləyirik.

Türkiyə Cümhuriyyəti hər zaman Kipr türklərinin yanında olmağa davam edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə