Məhkəmə 75 yaşlı Zayulla kişini 100 min rubl cərimə edib

Məhkəmə 75 yaşlı Zayulla kişini 100 min rubl cərimə edib

Başqırdıstanın İqlinski Rayonlararası Məhkəməsi 75 yaşlı Zaynulla Hacıyevi ordunun qondarma "diskreditasiyası" maddəsi ilə təqsirli bilib.

...Və təqaüdçü 100 min rubl cərimə ödəməyə məcbur edilib.

İş sənədinə görə, 5 yanvar tarixində təqaüdçü "Vkontakte" sosial şəbəkəsində “Başkiria Online” da şərh yazıb.

Amma maraqlıdır ki, Zayulla kişinin hə yazdığını rus məhkəməsi açıqlamır. Buna baxmayaraq, məhkəmə guya qərar verərkən Zayulla Hacıyevin günahını tam etiraf etdiyini bildirir.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə 2022-ci ilin martında, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başladıqdan sonra “ordunun gözdən salınmasına” görə inzibati məsuliyyətlə bağlı maddə daxil edilib. Rusiya məhkəmələri hər hansı anti-müharibə çıxışlarını və ya rus qoşunlarının ehtimal olunan müharibə cinayətlərində iştirakı ilə bağlı xəbərləri nüfuzdan salan kimi tanıyır.

Maddə 50 min rubla qədər cərimə nəzərdə tutur. Təkrar “diskreditasiya” ilə cəza 100 minə qədər artır. Qanun pozuntuları təkrar edildikdə, iş yenidən cinayət işi kimi təsnifləşdirilə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə