Polşa vətəndaşlarından 4 suala cavab istəyəcək

M.Moravetski sosial mediada seçki ilə bağlı vətəndaşlara veriləcək suallarla bağlı məlumat paylaşıb...
Polşa vətəndaşlarından 4 suala cavab istəyəcək

Polşanın baş naziri Mateuş Moravetski 15 oktyabrda parlament seçkilərilə birlikdə keçiriləcək xalq səsverməsində Avropa İttifaqının (Aİ) üzv ölkələrə immiqrasiya planı da daxil olmaqla, vətəndaşlardan 4 suala cavab istəyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Moravetski sosial mediada seçki ilə bağlı vətəndaşlara veriləcək suallarla bağlı məlumat paylaşıb: “Polşa hökuməti ilk gündən Aİ-nin miqrantların köçürülməsi planına qarşı olub. Avropa bürokratiyasının tətbiq etdiyi məcburi mexanizmə əsasən, Yaxın Şərq və Afrikadan minlərlə qeyri-qanuni immiqrantın qəbuluna tərəfdarısınızmı?..”

Avqustin 11-də hakim Hüquq və Ədalət Partiyasının sədri və baş nazirin müavini Yaroslav Kaçinski (Jaroslaw Kaczynski) plebisitin ilk sualında iştirakçılardan dövlət müəssisələrinin satışını dəstəkləyib-dəstəkləmədiklərinin soruşulacağını bildirib.

Partiyanın sədr müavini Beata Şidlo 13 avqust açıqlamasında ikinci sualın polşalılara pensiya yaşının artırılması ilə bağlı olacağını söyləyib.

Qeyd edək ki, avqustun 16-da və ya 17-də parlamentin aşağı palatası Seymdə plebisitlə bağlı reqlament müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə