Medvedev bu dəfə finlərlə “məzələnib”..?

Medvedev bu dəfə finlərlə “məzələnib”..?

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Finlandiyanın NATO-ya daxil olmasının səbəbləri ilə bağlı mem dərc edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, Telegram kanalında iki kök fin kişi arasında dialoq

-“Pekka, ölkəmiz niyə NATO-ya daxil oldu?

-Ruslar bizi hədələyir.

-Niyə bizi hədələyirlər?

-“Çünki, Matti, biz NATO-ya daxil oluruq” deyə o yazıb. Xatırladaq ki, Finlandiya 2023-cü il aprelin 4-də NATO-ya üzv olub.

Onu da xatırladaq ki, bir müddət bundan əvvəl Medvedev Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu “mif” adlandıraraq Ukraynada sülhün bərqərar olması şərtini irəli sürmüşdü.

O, həmçinin ilin əvvəlindən Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmətə qəbul edilən podratçıların sayını da açıqlamışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə