18 aydır davam edən rus işğalı yeni günə xaosla başladı. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ordusu Odessa liman şəhərini dəfələrlə bombalayarkən, bölgəyə maddi ziyan dəyib, çoxlu sayda insan yaralanıb. Ukrayna Rusiya ilə sərhəddə yerləşən Belqorod şəhərinə hücum edib. Hücumdan sonra Odessanın bir çox yerində yanğın baş verib. Ukraynanın daxili işlər naziri İqor Klimenko özünün Telegram kanalında hücumun nəticələrini əks etdirən fotonu yerləşdirərək, kütləvi hava hücumunun olduğunu bildirib.
Müstəqil analitiklərin fikrincə, Ukrayna bu iki ayda 1125 kilometrlik cəbhənin iki zonasında 16 kilometrə yaxın irəliləyə bilib. Bu, həm Kiyevin, həm də Qərbin gözlədiyindən daha yavaşdır. Ukrayna qüvvələri cəbhədə üç fərqli nöqtədə yarıq axtarır. Ancaq bunun baş verəcəyini bilən ruslar aylar ərzində müasir tarixin ən qabaqcıl müdafiə mövqelərini qurublar. Xəndəklər, bunkerlər və tank maneələrindən ibarət müdafiə xəttində minlərlə mina basdırılıb.
Polşa Daxili İşlər Nazirliyindən verilən açıqlamada Belarusla sərhəddə Vaqner ordusuna məxsus “materialların” tapıldığı bildirilib. Ekspertlərin fikrincə, hazırda Belarus-Polşa sərhədində 10 min “Vaqner” əsgəri saxlanılır.
Digər tərəfdən Britaniya mediası rus işğalçıları ilə döyüşərkən hər iki ayağını itirən ukraynalı əsgərin həyat hekayəsini tərtib edib. 27 yaşlı Oleksandr Budko "United Ukraine Ballet" şirkəti ilə ABŞ-a qastrol səfərində olub və 3000 tamaşaçı qarşısında protez ayaqları olmadan rəqs edib. Vladimir Putinin ordusuna qarşı vətəni uğrunda döyüşmək üçün qeydiyyatdan keçəndən üç ay sonra raket hücumu nəticəsində bədən üzvlərini itirib. Həmin anlarda heç nə eşitmədiyini və hiss etmədiyini bildirən Budko, ayaqlarına baxanda onların yerində olmadığını gördüyünü deyib.
Protez əzalar istehsal edən Alman şirkəti isə Ottobock 18 ay davam edən müharibə zamanı 50 min Ukrayna əsgərinin ən azı bir üzvü amputasiya edildiyini bildirib. Bu, İkinci Dünya Müharibəsinin sonunda Britaniya ordusunda ediləndən daha çox amputasiyadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB