Rusiya ordusunun pilotları Ermənistanda təlim keçirib

Rusiya ordusunun pilotları Ermənistanda təlim keçirib

Rusiya ordusunun pilotları Ermənistanda təlim keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilmiş 102-ci bazasının aviasiya ekipajları müxtəlif manevrlər icra ediblər.

Təlimlər Erebuni aerodromunda baş tutub.

Uçuşlara Cənub Hərbi Dairəsinin 120-dən çox hərbi qulluqçusu, həmçinin 20-yə yaxın hərbi və xüsusi texnika cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə