Ermənistanda 11 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

Ermənistanda 11 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

Ermənistanda 11 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı cinayət işi açılıb. SİA xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsindən bildirilib.

Qeyd olunub ki, meyitlərin məhkəmə-tibbi ekspertizaları təyin edilib, hadisənin səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Həmçinin qeyd olunub ki, qəza nəticəsində yaralanan 6 nəfərdən 5-i Gümrü tibb mərkəzində reanimasiya şöbəsinə yerləşdirilib.

Onların durumunun ağır olduğu bildirilir.

Hazırda istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə