Rusiya Odessanı raket atəşinə tutub

Mən demişdim axı, ukraynalıların Odessada ruslardan icazəsiz "pilyaj" açılışı onlara baha başa gələcək...
Rusiya Odessanı raket atəşinə tutub

Budur, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın limanı şəhəri olan Odessanı atəşə tutması zamanı vurulan raketlərin qalıqlarının düşməsi nəticəsində yanğın baş verib, partlayış dalğası evlərə zərər verib, 3 nəfər yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleq Kiper teleqramda bildirib.

Kiperin sözlərinə görə, Rusiyanın raket hücumu nəticəsində 3 nəfər yaralanıb.

Kiper Rusiya Silahlı Qüvvələrinin şəhərə hücumlarını davam etdirdiyini vurğulayıb.

Xatırladaq ki, daha öncə Hərbi Hava Qüvvələri Rusiya Silahlı Qüvvələrinin Odessa istiqamətində hücuma keçən pilotsuz uçuş aparatları və raketləri işə saldığını bildirmişdi.

Odessa vilayətində hava həyəcanı siqnalı davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə