Türkiyə gəmisinə Rusiyadan xəbərdarlıq atəşi açılıb

Türkiyə gəmisinə Rusiyadan xəbərdarlıq atəşi açılıb

Rusiya Qara dənizdə "Şükrü Okan" adlı yük gəmisinə atəş açıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi dünən açıqlayıb ki, "Şükrü Okan" adlı gəminin kapitanı yoxlama tələbinə cavab vermədiyi üçün patrul gəmisi Vasili Bıkov avtomatik silahlarla xəbərdarlıq atəşi açıb.

Nazirlik "Şükrü Okan"ın Ka-29 helikopterləri ilə gəmiyə enən əsgərlər tərəfindən yoxlanıldığını və yoxlamadan sonra gəminin yoluna davam etdiyini iddia edib. Əgər Rusiyanın iddiası doğrudursa, bu, Moskvanın Taxıl Dəhlizi Sazişindən çıxmasından sonra ilk dəfə ticarət gəmisi atəşə tutulmuş olacaq.

Rusiya "Şükrü Okan"ın Ukraynanın İzmail limanına doğru getdiyini iddia edib. Göndərmə məlumatlarını toplayan Refinitiv-in məlumatına görə, gəmi hazırda Bolqarıstan sahillərindədir və Rumıniyanın Sulina limanına doğru gedir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə