Türkiyədə dəhşətli qəza olub - ölən və yaralananlar var

Türkiyədə dəhşətli qəza olub - ölən və yaralananlar var

Türkiyədə 1 nəfərin ölümü və 6 nəfərin yaralanması ilə sonuclanan ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, Qaziantep-Nurdağı yolunun Sefaşehir məhəlləsi yaxınlığında işçiləri daşıyan mikroavtobus yük avtomobilinin (TIR) qoşqusuna çırpılıb.

Qəzada yaralanan sürücü və 6 işçi yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Ölən şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə