İranda hicabla bağlı qaydalar yüngülləşdirildi

İranda hicabla bağlı qaydalar yüngülləşdirildi

İran hakimiyyəti hicaba tələbləri yüngülləşdirib. SİA xəbər verir ki, polis artıq yaşı 18-dən aşağı olan hicabsız vətəndaşları saxlamayacaq. "Bundan başqa, onlar polisə aparılmayacaqlar", - deyə parlamentin spikeri Məhəmməd Bağır Qalibaf məsələyə münasibət bildirib.

Qeyd edək ki, bundan əvvəl İran hüquq-mühafizə qüvvələri komandanlığının rəsmi nümayəndəsi, general Səid Montazer əl-Mehdi qadınların hicablı olmasını təmin edəcək piyada və avtomobil patrullarının tətbiq olunacağını demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə