…İnzibati binanı yandırmağa cəhd etdiyinə görə həbs edilən Oryol vilayətinin sakini Mixail Davıdov məcburi müalicə üçün psixiatrik klinikaya göndərilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “OVD-İnfo” hüquq-müdafiə layihəsi xəbər verir.
Qeyd edək ki, Davıdovun həbs olunduğu hadisə 2022-ci ilin avqustunda baş verib.
Belə ki, Oryol vilayətinin hökumət binasının yanından velosiped sürən şəxs binaya iki “Molotov kokteyli” atıb. Yanğın tez bir zamanda söndürülüb.
Davıdov bir həftə sonra saxlanılıb. Əvvəlcə o, ümumi təhlükəli şəkildə adam öldürməyə cəhd maddəsi ilə ittiham olunub.
Daha sonra Davıdov istintaq təcridxanasına yerləşdirilib və oradan onu dəli kimi tanıyaraq psixiatriya xəstəxanasına göndərilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB