Rus qadın Taylandda binadan yıxılaraq ölüb...

Rus qadın Taylandda binadan yıxılaraq ölüb...

…Taylandda rus qadın Pattayadakı yaşayış binasının yeddinci mərtəbəsində pəncərədən yıxılaraq ölüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Banqkok Post” yerli polisə istinadən xəbər verir.

Hadisə avqustun 13-nə keçən gecə şəhərin qərbində Comtien çimərliyi yaxınlığındakı Sattahip ərazisində baş verib.

Belə ki, evin yaxınlığında 32 yaşlı rusiyalı qadının yarıçılpaq meyiti tapılıb.

Qeyd edək ki, polis qadının rus olan partnyoru ilə birlikdə yaşadığı otağın pəncərəsindən yıxıldığını güman edir. Qəzet yazır ki, kişi hüquq-mühafizə orqanlarına bildirib ki, mərhum təsadüfən pəncərədən düşüb.

Nəşrin məlumatına görə, polis otağa qalxanda kişi əlində bir stəkan spirtli içki tutubmuş. Qəzetin yazdığına görə, rus kişi sərxoş olub. Artıq onun da saxlanıldığı deyilir.

Qəzet polisə istinadən yazır ki, rusiyalı qadın bir müddət əvvəl hüquq-mühafizə orqanlarına və Tailandın immiqrasiya xidmətinə pasportunun itirilməsi ilə bağlı müraciət edibmiş. Polisin məlumatına görə, qadın vətənə qayıtmaq üçün yollar axtarırmış.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə