Sankt-Peterburqda tək olaraq piket keçirən fəal saxlanılıb, niyə..?
Polis əməkdaşları bazar günü Sankt-Peterburqda ictimai fəal Vitali İoffeni saxlayıblar. Niyə, çünki o, böyük desant gəmisi olan “İvan Qren”in fonunda tək olaraq piketə çıxıbmış.
İoffenin əlində tutduğu plakatda “Kursk sualtı qayığına nə oldu? O, boğuldu. Rusiyaya nə oldu? O, qan içində boğuldu” şüarları yazmışdı.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, piket yerində çox dayana bilməyib. Çünki rus polisləri gəlib onu polis maşınına basaraq, şöbəyə aparıblar.
Şöbədə fəala qarşı Rusiya ordusunun gözdən salınması deyilən maddə ilə protokol tərtib edilib.
Yeri gəlmişkən qeyd edək ki, “Kursk” sualtı qayığının batmasından artıq 23 il keçir.
İoffenin dediyinə görə, “Kursk”da həlak olanların xatirəsinə həsr olunan abidənin yerləşdiyi Serafimovski qəbiristanlığında ancaq dul qadınlar və təqaüdçü matroslar var idi.
...İndi yalançı vətənpərvərlikdən və ya bu xüsusi hərbi əməliyyata pul üçün gedən insanlar düşünürlər ki, vətənləri onlara fərqli münasibət göstərəcək? Əlbəttə ki, yox! “Kursk”da boğulub ölən dənizçilər kimi onlar da unudulub gedəcəklər.
Qeyd edək ki, rusiyalı ictimai fəal bunları polis şöbəsində bəyan edib, amma nə xeyri?
...Bu gün İoffe üçün yaxşı halda cərimə, pis halda isə, təbii ki, həbs olacaq?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB