Qubernator hadisə yerlnə gəlib...

Qubernator hadisə yerlnə gəlib...

Qubernator Vyaçeslav Qladkov Belqorodun Yesenin küçəsində baş verən fövqəladə hadisə yerinə gəlib,

SİA-nın əldə etdiyi məlumata görə, "İzvestiya"nın müxbiri hadisə yerindən xəbər verir.

Onun dediyinə görə, hazırda hadisə yeri mühasirəyə alınıb, təcili yardım xidmətləri orada işləyir. Heç kəs yaxına buraxılmır. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müstəntiqlər işləyir.

Qeyd edək ki, bir müddət bundan əvvəl hadisə şahidləri çoxmərtəbəli yaşayış binasının bir neçə mənzilinin “zədələndiyini” bildiriblər. Ölən və yaralananlar barədə məlumat verilmir.

Xatırladaq ki, bu gün Rusiyanın Müdafiə Nazirliyi Belqorod vilayəti üzərində pilotsuz uçan aparatın məhv edildiyini açıqlayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə