Bu arada Böyük Britaniya Xarici İşlər Nazirliyi İsveçdə terror aktları təhlükəsinin artması ilə bağlı turistlərə xəbərdarlıq edib və ictimai yerlərdə yüksək sayıq olmağa çağırıb.
“İsveçdə adətən dinc xarakter daşıya bilən nümayişlər keçirilə bilər. Bununla belə, mümkün olduqca nümayişlərdən qaçmalı və yerli hakimiyyət orqanlarının tövsiyələrinə əməl etməlisiniz”.
SİA-nın əldə etdiyi məlumata görə, bu Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Britaniya Xarici İşlər Nazirliyi, İsveçin bəzi bölgələrində güclü yağışlar və daşqın riski ilə bağlı xəbərdarlıq edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB