Ukraynanın Müdafiə naziri istehkamçı və minalardan təmizləmə texnikasının olmamasından şikayətlənib
Reznikovdan etiraf...

Ukraynanın Müdafiə naziri Aleksey Reznikov Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində, Ukrayna Silahlı Qüvvələrində təlim keçmiş istehkamçıların kəskin çatışmazlığı üzündən ordunun hücum imkanlarını məhdudlaşdığını bildirib.

“…Bizim təcrübəli istehkamçılarımız və müasir texnikamız var, lakin onlar Ukraynanın şərqində və cənubunda yüzlərlə kilometr uzanan cəbhə üçün son dərəcə yetərli deyil”

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunları deyən müdafiə naziri, Kiyevin trollardan tutmuş yüklərə qədər mina təmizləmə texnikasına kritik şəkildə ehtiyac duyulduğunu etiraf edib.

Reznikova görə, istehkamçıların hazırlığının genişləndirilməsi və sürətləndirilməsi də həyati əhəmiyyət kəsb edir.

Qeyd edək ki, nazir Ramşteyn formatında keçirilən görüşdə yaradılan qondarma minatəmizləmə koalisiyası çərçivəsində Qərbin necə kömək edə biləcəyindən də danışıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə