Mariupol yaxınlığında “kadırovçı”larla ruslar atışıb və...

Mariupol yaxınlığında “kadırovçı”larla ruslar atışıb və...

Ukraynanın Mariupol hakimiyyəti merinin müşaviri Pyotr Andryuşşenko Donetsk vilayətinin Mariupol rayonunun Urzuf kəndində baş verən atışmada 7 dinc sakinin öldüyünü bildirib. Bir gün əvvəl o, teleqram kanalında avqustun 11-də Urzufda “kadırovçuların” iştirakı ilə atışma baş verdiyini və sonradan kəndə giriş-çıxışın bağlandığını yazmışdı.

Mariupol şəhər şurasının məlumatına görə, Mariupol yaxınlığındakı kənddə “kadırovçı”lar ilə Rusiya hərbi komendantlığının əməkdaşları arasında atışma olub. Şuranın bəyanatında azı 4 rus əsgərinin həlak olduğu deyilir. Mülki əhali arasında da itki və yaralılar var.

Qeyd edək ki, Çeçenistanda insidentlə bağlı məlumat təkzib edilir. Məlumatı “saxta” adlandıran respublikanın mətbuat naziri Əhməd Dudayev, çeçen xalqının heç bir nümayəndəsinin bu hadisə ilə əlaqəsi olmadığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, maraqlıdır ki, Dudayev atışma faktını da inkar etməyib.

Ukrayna tərəfinin məlumatına görə, sayı açıqlanmayan Çeçenistandan olan bölmələrin nümayəndələri istirahət etmək üçün Urzufa gəliblər.

Yeri gəmişkən kənd Azov dənizinin sahilində yerləşir. Orada çeçen hərbçilərinin hərbi komendantlıq ilə münaqişəsi olduğu iddia edilir.

Belə ki, onlar bir-birlərinin çiyin qayışlarını qoparmağa başladılar və atışma baş verib. Deyilənə görə, həlak olan mülki şəxslər arasında iki yeniyetmə qız da var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə