ABŞ-ın keçmiş prezidenti Donald Tramp, onun prezident seçkilərində Ağ Evin hazırkı rəhbəri Cozef Baydenə qalib gəlmək şansının “100 faizə yaxın” olduğunu bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Britaniyanın “Times” qəzeti yazır.
Qeyd edək ki, sabiq prezident bunu nəşr əməkdaşının müvafiq sualını cavablandırarkən bildirib.
Trampın sözlərinə görə, yanvarda keçirilməsi planlaşdırılan praymerizdə respublikaçılar arasında onun rəqibi yoxdur. Belə ki, o, partiya yoldaşı Ron DeSantisi asanlıqla yan keçəcəyinə əmindir.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü ildə keçiriləcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB